23.6 C
Bakı
Şənbə, Dekabr 2, 2017

nədən yazacağam?

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, nə var, nə yox deyə incələyək. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytlarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən  də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

Əziz oxucum sayta girəndə nə görəcəksən?

Səfər bələdçisi ”  bölümündə səni keçdiyim keşməkeşli yollarla tanış edəcəm. Səfərin planlaması nə qədər zəhlətökən olsa da, ən vacib məqamdır. Təyyarə biletinin alınması, qalacağın yer, səfərin pərdəarxası, üzləşəcəyin çətinliklər və s. öz təcrübəmi bölüşəcəm.

Səfər cızmaqaraları  bölümündə sənə gəzdiyim, gördüyüm şəhərlərdən danışacam. Yəni şəhərlərin görməli yerləri, yeməkləri, nəqliyyatı, pul vahidi, başıma gələn maraqlı, gülməli səfər təəssüratlarımı sənlə bölüşəcəyəm.

Endirimlər / Kampaniyalar  bölümündə sənə xarici və yerli aviaşirkətlərin ucuz bilet satışı, kampaniyaları, ucuz turlarından danışacağam.

Mediaya səyahət ”   bölümündə yerli və dünya mediasında səyahətlə bağlı ən son bilgiləri, müsahibələri izləyə biləcəksən.

Səyahət fotoları ”  bölümündə sən getdiyim yerlərdən, maraqlı məqamların anlarını görəcəksən.

© Gülər Mehdizadə

Reklam üçün

Səyahətçi Team

Tel: (+99470)  214 – 55 – 66

Email: info@seyahetchi.com

Təklif və fikirləriniz üçün