İstİrahəti harada keçirmək istəyirsiz?

25017865 375546816225141 1179305505886044160 n - Cibə uyğun yeni il tətili

Yeni il tətili yaxınlaşır. Kimi bu tətili Azərbaycanın bölgələrində, kimi evində, kimi də xaricdə keçirməyi planlaşdırır. Yeni ili harada qarşılayacağına qərar verməyənlər də var. Hər il olduğu kimi bu il də onlara yardımçı olmaq üçün həm Azərbaycanın bölgələrindəki, həm də xaricdəki qiymətləri hesablamışıq.

“Booking.com” otel axtarış saytı göstərir ki, 29 dekabr və 3 yanvar (rəsmi tətil günləri) tarixlərində Qəbələdə ən ucuz mehmanxananın 5 gecəsi 434 manatadır. Qiymətə səhər yeməyi daxil deyil. Qubada isə həmin tarixlərə ən ucuz mehmanxananın 5 gecəsi 720 manatadır. Burada da qiymətə səhər yeməyi daxil deyil. 29 dekabr – 3 yanvar tətilini Qusarda keçirmək istəsəniz 800 manatı gözdən çıxarmalısınız. Bu qiymətə səhər yeməyi daxil deyil, sadəcə gecələmək mümkündür. Lənkəranın qiymətləri digərlərinə baxanda ucuzdur. 5 günlük tətili buradakı mehmanxanalarda 176-250 manat arasıdır. Bəzi mehmanxanalarda qiymətə səhər yeməyi də daxildir. Tətili Qaxda keçirmək istəsəniz, mehmanxanaya 310 manat ödəməli olacaqsınız. Qiymətə səhər yeməyi daxil deyil.

Bəs xaricdə?

Xarici ölkələrə gəlincə, azərbaycanlılar yeni ili daha çox Dubay, Tbilisi və Moskvada keçirməyi sevirlər. Avropa ölkələrindənsə, Fransa, İtaliya, Hollandiya və Çexiyanın qiymətlərini hesablamışıq.

Dubay, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Hava Yolları ilə (AZAL) 29 dekabr – 3 yanvara olan Bakı-Dubay-Bakı uçuşunun qiyməti 606 manatdır. Bu, həmin tarixlərin ən ucuz reysidir.
Eyni tarixdə həmin uçuşu “Flydubai” Tbilisi hava limanından 540 manata həyata keçirir. O ki qaldı harada qalacağınıza, Dubayın şəhər mərkəzinə 10 km-lik məsafədə olan ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 750 manatdır. Ən aşağı uçuş və mehmanxana qiymətilə birgə 1290 manat edir.
Tbilisi, Gürcüstan
christmas lights in rustaveli avenue in tbilisi - Cibə uyğun yeni il tətili
Bakıdan Tbilisiyə avtobus, qatar və təyyarə ilə gedə bilərsiz. Avtobusla gedib-gəlmək 25, qatarla 72 manata başa gələcək. Yeni il ərəfəsində Tbilisiyə ən ucuz təyyarə biletini “Qatar Airways” təklif edir: gediş-gəliş 434 manata.
Tbilisidə qala biləcəyiniz ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəsi 133 manatadır. Aşağı qiymətlə (avtobusla gediş) hesablansa, cəmi 223 manat edir. Beləliklə, yeni ili Tbilisidə qarşılamaq sizə 158 manata başa gələcək.
Moskva, Rusiya
27 beautiful photos of Christmas in Moscow Russia 13 - Cibə uyğun yeni il tətili
Bakıdan Moskvaya həm qatar, həm də təyyarə ilə gedə bilərsiz. Qatarla gediş-gəliş təxminən 367 manata başa gəlir. 29 dekabr – 3 yanvar tarixlərində Bakıdan Moskvaya ən ucuz gediş-gəlişi “Aeroflot” təklif edir – 654 manata. AZAL-ın həmin reysinin qiyməti isə 1243 manatadır.
Rusiyanın “Aeroflot” Şirkətlər Qrupuna daxil olan “Pobeda” (lou coster) aviaşirkətinin həmin tarixlərə olan Tbilisi- Moskva-Tbilisi reysinin qiyməti isə 483 manatadır. Yeni il ərəfəsində Moskvanın şəhər mərkəzinə yaxın ən ucuz 3 ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 158 manatdır. Qiymətə səhər yeməyi də daxildir. Deməli, ən ucuz qiymətlərlə hesablasaq, yeni ili Moskvada keçirmək sizə 641 manata başa gələcək.
Paris, Fransa
trocadero christmasmarket chesnotgettyimages 56a404ab5f9b58b7d0d4f3aa - Cibə uyğun yeni il tətili
29 dekabr – 3 yanvar tarixlərində ən ucuz Bakı-Paris-Bakı uçuşunu “Qatar Airways” həyata keçirir – 1224 manata.
Həmin tarixlərə ən ucuz Tbilisi-Paris-Tbilisi uçuşu Ukrayna Hava Yolları təklif edir – 690 manata. Yeni il ərəfəsində Parisin ən ucuz 3 ulduzlu mehmanxanasının 5 gecəlik qiyməti 557 manatadır. Beləliklə, Parisdə 5 günlük yeni il tətili Bakı uçuşu ilə 1781, Tbilisidən uçmaqla 1247 manat edir.
Roma, İtaliya
iStock 57539816 SMALL min - Cibə uyğun yeni il tətili
29 dekabr – 3 yanvarda ən ucuz Bakı-Roma-Bakı uçuşunu da “Qatar Airways” təklif edir. Təxminən 1100 manata. Milli hava yolları olan AZAL Bakıdan Romaya uçuş təşkil etmir. Ancaq Türk Hava Yollarının (THY) 29 dekabr- 3 yanvar Bakı-Roma-Bakı reysi var. Qiymət isə 1373 manatdır.
Eyni uçuş Tbilisi Hava Limanından Türk Hava Yolları ilə 717 manatdır.
Romada ən uyğun 2 ulduzlu mehmanxananın 5 gecəlik qiyməti 376 manatdır. Ən aşağı qiymətlə yeni ili Romada qarşılamaq sizə Bakıdan uçuşla 1476, Tbilisidən uçuşla 1093 manata başa gələcək.
Praqa, Çexiya Respublikası
GettyImages 108001050 582611883df78c6f6acb4f12 - Cibə uyğun yeni il tətili
29 dekabr – 3 yanvar tarixlərində ən ucuz Bakı-Praqa-Bakı reysinin qiyməti 1133 manatadır. Uçuşu “Lufthansa” Hava Yolları şirkəti təşkil edir. “Georgian Airways”in həmin tarixlərə olan Tbilisi-Praqa-Tbilisi reysinin qiyməti isə 822 manatdır.
Praqada şəhər mərkəzinə yaxın 2 ulduzlu mehmanxananın 5 günlük qiyməti 477 manatdır. Beləliklə, Praqada keçirəcəyiniz 5 günlük yeni il tətili sizə Bakıdan uçuşla 1610, Tbilisidən getməklə 1299 manata başa gələcək.
Amsterdam, Hollandiya
Christmas in Amsterdam Article 2 - Cibə uyğun yeni il tətili
29 dekabr – 3 yanvar tarixlərində ən ucuz Bakı -Amsterdam-Bakı reysini də “Lufthansa” Hava Yolları şirkəti təklif edir – 1091 manata. Həmin tarixlərə ən ucuz Tbilisi-Amsterdam-Tbilisi uçuşunun qiyməti isə 625 manatadır. Uçuşu Türk Hava Yolları həyata keçirir. Məlum tarixlərə Amsterdamın mərkəzə yaxın, ən ucuz mehmanxanasının 5 gecəsi 600 manatdır.
Beləliklə, yeni ili Amsterdamda qarşılamaq sizə Bakıdan uçuşla 1691, Tbilisidən getməklə isə 1225 manata başa gələcək.
Bu saydığımız yerlər ən məşhur yeni il şənliklərinin keçirildiyi şəhərlər idi. Adları çox çəkilməyən, ancaq yeni il üçün sərfəli olan yerlər də var. Gürcüstanın Kutaisi şəhərindən “WizzAir” hava şirkəti müxtəlif Avropa şəhərlərinə uçuşlar təşkil edir. Kutaisidən olan uçuşların qiyməti isə bir istiqamətə təxminən 40 -250 manat arası dəyişir.
Tətil cibə uyğundurmu?
 Dövlət Statistika Komitəsinin ən son açıqladığı məlumata əsasən, Azərbaycanda orta aylıq əmək haqqı 525,4 manatdır. Rəqəmlərdən görünür ki, orta statistik azərbaycanlının yeni ili keçirmək üçün gücünün çatdığı xarici ölkə Gürcüstandır. Azərbaycan bölgələrindən isə Lənkəran və Qax ucuzdur. Gürcüstanın paytaxtı Tbilisi Azərbaycan bölgələrinə baxanda, orta statistik azərbaycanlının büdcəsinə daha uyğundur. Yay tətili ilə müqayisədə nə orta aylıq əmək haqqında, nə də bölgələrdəki qiymətlərdə kəskin artım var. Bununla belə, indiki orta aylıq əmək haqqı ilə xarici ölkələrdə yeni il keçirmək istəyənlər gərək indidən gələn il üçün pul yığsın.
Mənbə: Meydan TV
BƏYƏN
Öncəki məqaləSəliqəli, Sakit, Yaşıl Minsk
Növbəti məqaləDünyanın ən qorxulu, lənətlənmiş oteli
Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂 © Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın