Yol açıqdır, gedin, gəzin, görün, öyrənin…

img 6825 - Karavanla Avropa səyahətiSevgilimlə 30 gündə, 7500 km yol getdik. Xəritədə işarələdiyim yerləri şəkildəki mini karavana çevirdiyim “Doblo”mla gəzdik. Bu səyahəti şox sevdim…

img 6821 - Karavanla Avropa səyahətiƏvvəlcə maşınımı satıb “Doblo” aldım. Sonra atam və anamın dəstəyi ilə “Doblo”nu karavana çevirdim. Atam içinə açılıb-bağlanan yataq düzəltdi, anam isə pəncərələrinə pərdə tikdi. Heç 60 lirə xərcləmədilər. Ancaq böyük işlər gördülər.

img 6824 - Karavanla Avropa səyahətiDənizkənarı yerlərdə maşının qapısı açıq yatmağımıza rəğmən, heç bir problem yaşamadıq. Sizə tövsiyəm,  belə etməyin. Mümkün qədər qapını örtməyə çalışın. Bu arada, maşının şüşələrinə lent çəkdirmişdik. Bununla bağlı da heç bir sıxıntı yaşamadıq.

img 6827 - Karavanla Avropa səyahətiBir sözlə, ruqzak daşımadıq, kilometlərlə piyada yol getmədik, paltarlarımız qırışmadı, yeməyimizi istədiyimiz zaman, istədiyimiz yerdə yedik. Ürəyimizin istədiyi yerdə yatıb, dincəldik. Özümüzlə yemək bişirmək üçün qaz balonu, çörək, qurudulmuş əriştə, hətta kolbasa da götürmüşdük. Yemək məsələsində sıxıntıyaşamadıq. Piknik üçün uyğun yerlərdə, açıq havada yedik yeməyimizi. Şərab ucuz olduğundan hər yeməkdə süfrəmizdən əksik olmurdu. Rakı qədəhlərimizi də unutmamışdıq əlbəttə… (xüsusən də Yunanıstan səfərində ;-)) Duş almaq üçün kampinqlərdən istifadə etdik, amma qalmaq üçün ödəniş etmədik.

img 6831 - Karavanla Avropa səyahətiNə qədər xərcimiz çıxdığına gəlincə, 2100 lirə yanacağa, 530 lirə ödənişli yollara, 250 lirə avtoparka, 273 lirə gömrük sığortasına, 200 lirə pul cəzasına ödədik. Cəmi 3350 lirə (təxminən 1550 manat)xərcimiz çıxdı. İki nəfər olduğumuz üçün bir nəfərə 1675 lirə (850 manat) düşdü. Bundan əlavə olan məsrəflərimizi hesaba qatmadıq.

img 6833 - Karavanla Avropa səyahətiUzağa yox, elə Avropanın digər yerlərini də bu cür səyahət etməyi planlayırıq. “Səyahətdən sonra sataram” dediyim, “Doblo”mu işə gedib-gələrkən də sürürəm 🙂 Yol açıqdır, yola çıxın, hər birinizə xoş səyahətlər…

img 6832 - Karavanla Avropa səyahəti

iləTuğba Dağlı- Halil Tozoğlu
BƏYƏN
Öncəki məqalə83 günə 38 ölkədə evləndilər
Növbəti məqaləHəm tarixi, həm təbiəti sevənlərin məkanı – Montrö

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

1 şərh

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın