Səyahətçiyə izləyicilər tez-tez yazıb soruşurlar: “Saytdan aldığım aviabiletin kopyasını özümlə hava limanına aparımmı?”, “Hava limanında məndən bilet istəyəcəklərmi?” və s.

istock 487826342 - Elektron aviabilet nədir?

İnternet üzərindən alınan bütün biletlər elektron aviabilet və ya e-ticket adlanır. Elektron aviabilet, təyyarədə sərnişin və ya yükün daşınması üçün bağlanmış müqavilənin elektron sənədidir. Bu elektron qəbz özündə marşrut haqqında dolğun informasiyanı – biletin qiyməti, uçuş tarixi və saatı, səyahəti təşkil edəcək aviaşirkət, yükdaşıma şərtləri və s. məlumatları cəmləyir.

Bundan başqa, bir çox mobil telefonlar, elektron aviabiletləri başa düşərək avtomatik təqviminizə əlavə edir və uçuşa bir neçə müddət qalmış sizi xəbərdar edir. Məhz bu kimi üstünlükləri ilə, elektron aviabiletlərin, kağız aviabiletlərə nəzərən itməsi imkansızdır.

Yəni, elektron bileti kağıza çap edib özünüzlə götürmənizə ehtiyac yoxdur. Hava limanına gedərkən pasportunuzu unutmayın yetər 🙂

BƏYƏN
Öncəki məqaləMuzey və əyləncə şəhəri – Praqa
Növbəti məqalə83 günə 38 ölkədə evləndilər

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın