Dünyada gəzilib-görüləsi gözəl yerlər çoxdur. Bu gün sizə turistlərin sevdiyi, məşhur 5 məkandan danışacağam.

1. “Wisteria” tuneli, Yaponiya

Wisteria yaponiya - Turistlərin çox sevdiyi 5 məkan“Wisteria” tuneli “Kawachi Fuji Gardens”-də yerləşir. Yaponiyanın Kitakyuşu şəhərində olan bu möhtəşəm bağ görənləri heyrətə salır. Bir-birindən gözəl qoxulu çiçəklər turistlərin xoşuna gəlir. Dünyanın ən gözəl tuneli seçilən bu yer aprelin ortalarından çiçəklər açmağa başlayır.

2. Cinque Terre, İtaliya

cinque terre - Turistlərin çox sevdiyi 5 məkanİtaliyanın şimalındakı “The Cinque Terre” 1997-ci ildən bəri UNESCO-nun mədəni irs siyahısındadır. İtalyan dilindən tərcümədə “beş kənd” mənasını verir. Dənizə tərəf dik şəkildə uzanan, terraslı təpələrin ətəyində qurulmuş beş kənddən ibarət olan bu yer turistlərin sevimli məkanıdır.

3. Hotel La Montana Magica, Şili

Hotel La Montana Magica - Turistlərin çox sevdiyi 5 məkanNağıllar aləmini xatırladan, möhtəşəm təbiəti ilə şəlalə kimi görünən otel yanardağ kimi inşa edilib. Lakin lava əvəzinə su püskürür. Burada eyni zamanda təbii qaynaq suları da  var.

4. “The Crooked Forest”, Polşa

Crooked Forest Polonia 4 - Turistlərin çox sevdiyi 5 məkanCrooked meşəsi Polşanın şimal-qərbindəki Nowe Czarnowo qəsəbəsində yerləşir. Bu meşədə yerləşən təxminən 400-ə yaxın şam ağacı 90 dərəcə əyilərək böyüyür.  Sakinlər buradakı ağacların 10 yaşından sonra naməlum səbəbdən əyildiyini deyirlər. Bir çox araşdırmalara səbəb olan bu meşənin sirri hələ də bilinmir.

5.Sevgi tuneli, Ukrayna

Tunnel of Love in Ukraine 1 - Turistlərin çox sevdiyi 5 məkanBöyük ağacların sardığı bu tunel Ukraynanın Kleven şəhərindədir. Daha çox cütlüklərin seçimi olan yer buna görə “sevgi tuneli” adlanır və dünyanın ən gözəl yerləri arasındadır.

BƏYƏN
Öncəki məqaləAzərbaycan və İsveçrə arasında viza rejimi sadələşdirilir
Növbəti məqaləMuzey və əyləncə şəhəri – Praqa

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın