Tural Abbasov 34 yaşına qədəm qoyanda uşaqlıqdan tutduğu arzusunun arxasınca düşməyə qərar verib. O 2015-ci ildə dünya səyahətinə getməyə qərar verəndə BMT –nin Qaçqınlar üzrə Ali Komissarlığındakı işindən ərizə yazaraq çıxıb və yola düzəlib.

İki il yarıma 30 min km-ə yaxın yolu velosipedlə qət edərək 26 ölkəni gəzib. O, Asiya, Avstraliya, Şimali Amerika, Avropa qitələrində olub.

İki il yarım davam edən səyahəti müddətində 35 min dollar xərclədiyini deyir. Buna heyfslənmədiyini söyləyir. Yol boyu topladığı təcrübəni itirilməz xəzinə sayır. O, yol hekayələrini kitab halında çap etməyi düşünür.

Mənbə: Meydan TV

BƏYƏN
Öncəki məqaləDünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar
Növbəti məqaləAzərbaycan və İsveçrə arasında viza rejimi sadələşdirilir

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın