“Onların Bakı haqqında təəssüratları heç də yaxşı olmayacaq”

velo 2 - Dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar

Velosipedlə dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar. Bu barədə “Facebook”-da səyyahın dost-tanışları yazıb. Onlar səyahətçinin düz bir ildir tura çıxdığını, Bakıya gəldiyi gün velosipedinin oğurlandığını deyirlər:

“Valentin və iki yoldaşı Bakıyadək 7000 km-dən çox yol gəliblər. Onlar səyahətlərinə Fransadan başlayıblar. Almaniya, Balkanlar, Yunanıstan, Türkiyə, İraq, İran Gürcüstandan keçib bir həftə əvvəl Bakıya gəliblər. Buradan da Qazaxıstana keçib dünya ətrafında tam dövrəni Çin, Avstraliya, Amerika, Afrika ilə bir neçə ilə tamamlamaq istəyirdilər”.

velo 1 - Dünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblarSəyahətçiləri tanıyanlar deyirlər ki, onların fikri sadəcə gəzmək yox, yerli insanlardan müsahibələr götürüb, sənədli film hazırlamaq da olub:

“Artıq əllərində 100 saatdan çox video-müsahibə də var. Görünür, Bakı haqqında təəssüratları heç də yaxşı olmayacaq. Gəldikləri bir gün dolmayıb ki, Valentinin velosipedini oğurlayıblar”.

BƏYƏN
Öncəki məqaləSəyahət zamanı işinizə yarayacaq 10 sayt
Növbəti məqalə2 il yarıma 4 qitə gəzib, 35 min dollar xərcləmiş velosipedçi (VİDEO)

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın