Artıq səyahət planlaşdırmaq elə də çətin deyil. İnternet, sosial şəbəkələr, müxtəlif saytlar sayəsində 1 aylıq səyahəti 1 günə planlamaq olur. Sizə kömək edə biləcək saytları bölüşürük. Faydalanın, kimsəyə ağız açmadan səyahətinizi özünüz planlayın və bol-bol gəzin.

1. Accuweather.com

1 - Səyahət zamanı işinizə yarayacaq 10 saytGetdiyiniz ölkədə, şəhərdə “hava necə olacaq”, – yəqin bilmək istəyərsiz. Çünki mənim kimi siz də getdiyiniz ölkədə vaxtınızın pis keçməsini istəməzsiniz. Kim hava şəraitinə görə otel divarlarına baxaraq tətil keçirmək istəyər ki?! Ona görə də, ilk iş havanın necə olacağını bilmək və səyahəti ona uyğun planlaşdırmaqdır. Çox vaxt Accuweather.com saytının proqnozlarına güvənərək yola çıxırıq.

2. Skyscanner.net

2 - Səyahət zamanı işinizə yarayacaq 10 saytDünyada ən çox bilet axtarışı edilən bu sayt vasitəsilə büdcənizə uyğun təyyarə bileti tapa bilərsiniz. Bilet qiymətləri dəyişkən olduğundan gün ərzində vaxt tapıb sayta nəzər yetirin. Əgər vaxtınız yoxdursa, “Qiymət siqnalı” (Price alert ) funksiyasını aktiv edin. O sizin yerinizə büdcənizə uyğun qiymətləri tapıb çıxaracaq. Gedəcəyiniz yerə təyyarə biletini axtarış verdikdən sonra nəticələrin sol tərəfində “Qiymətlərdən xəbərdar ol” linkinə klikləyin. Bilet qiymətlərində dəyişikik olarsa, sayt sizi email yollamaqla xəbərdar edəcək.

3. Booking.com

3 - Səyahət zamanı işinizə yarayacaq 10 saytOtel seçərkən ən çox müraciət olunan saytdır. Sayta abunə olmaqla endirimlərdən yararlana bilərsiniz. Bir də Roomkita.com saytı var ki, booking.comhotels.comexpedia.comhrs.com,easytobook.comgetaroom.com kimi otel rezerv saytlarını bir yerdə cəmləyir və otel seçimini asanlaşdırır. Airbnb.com, kayak.com kimi saytlar isə səyahətsevərlərə hər büdcəyə uyğun kirayə evləri təqdim edir.

4. Rome2rio.com

4 - Səyahət zamanı işinizə yarayacaq 10 saytBu sayt hər addımda köməyə çatır. İstiqamətinizin başlanğıc və son nöqtələrini qeyd edib haraya necə, hansı nəqliyyat  vasitəsilə və neçəyə gedə biləcəyiniz haqda məlumatları qarşınıza çıxarır. Bununla da, sərfəli nəqliyyat vasitəsini seçərək səyahətinizi planlaşdıra bilərsiniz.

5. Viamichelin.com

5 - Səyahət zamanı işinizə yarayacaq 10 saytViamichelin.com saytı maşınla səyahət edənlər üçün çox əlverişlidir. Sayt səyahət planlaşdırarkən seçdiyiniz yollarda (qısa, uzun, daha maraqlı kəşf ediləcək yeni yerləri görməklə) səfər ərzində sizə bələdçilik edir.

6. Eventful.com

6 - Səyahət zamanı işinizə yarayacaq 10 saytEventful.com saytı vasitəsilə səfər edəcəyiniz şəhərdəki festivallar, konsert və başqa tədbirlər haqda məlumat əldə edə bilərsiniz. Bunun üçün saytda qeydiyyatdan  keçərək maraq dairənizə uyğun sahəni seçdikdən sonra emailinizə müntəzəm olaraq məlumat axışını təmin edə bilərsiniz. Məsələn: Lyublyanadasınız və Maribordakı konsertdən xəbəriniz yoxdur. Eventful sayəsində bunu  öyrənmək asandır.

7. City-discovery.com

7 - Səyahət zamanı işinizə yarayacaq 10 saytBu sayt vasitəsilə səyahət etdiyiniz şəhərlərdə müxtəlif turlar (Məs: hop on- hop off bus tour)  haqda məlumat  alıb əvvəlcədən bilet rezerv edə bilərsiniz. Gedəcəyiniz şəhərdə turist informasiya mərkəzlərini axtarmamaqla yanaşı, vaxt itirmədən daha ucuz biletlər əldə etməklə səyahətinizi daha da əyləncəli edə bilərsiniz.

8. Getyourguide.com

8 - Səyahət zamanı işinizə yarayacaq 10 saytBu sayt vasitəsilə turistik şəhərlərdə baş çəkəcəyiniz muzeylərin önündə saatlarla bilet növbəsində vaxt itirməyəcəksiniz. 1940 istiqamətdə 20000-dən çox tur və digər fəaliyyətlərə aid biletləri bu saytdan əldə etmək mümkündür.

9. Eatwith.com

9 - Səyahət zamanı işinizə yarayacaq 10 saytBu sayt səyahət edəcəyiniz şəhərdə turistlərlə ev sahiblərini eyni süfrə arxasında birləşdirir. Deməli, gedirsiniz bir şəhərə, həmin ölkədə bir ailəyə qonaq olursunuz, kiçik bir məbləğ qarşılığında milli mətbəxindən dadırsınız, insanları ilə yaxından tanış olur, ölkə haqqında daha da geniş məlumata sahib olursunuz.

10. Google drive

10 - Səyahət zamanı işinizə yarayacaq 10 saytGoogle drive səyahət vaxtı sənədlərinizin nüsxələrini saxlamağa imkan yaradır. 15 GB yaddaşla bütün sənəd, şəkil, video və s. saxlamaq üçün çox gözəl depodur. Əgər yaddaş kifayət deyilsə, müəyyən məbləğ qarşılığında yaddaşı artıra bilərsiniz. Sənədlərinizi, çantanızı itirsəniz, imdadınıza google drive çatır. Bundan başqa dropbox, skydrive, yandex kimi saytlardan da depo kimi istifadə edə bilərsiniz.

Mənbə: gezdunyani.com

BƏYƏN
Öncəki məqalə“Dənizlər kraliçası”, kanallar və körpülər şəhəri
Növbəti məqaləDünya turuna çıxan səyyahın velosipedini Bakıda oğurlayıblar

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

1 şərh

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın