Təyyarə ən təhlükəsiz nəqliyyat vasitəsi olsa da, onunla səyahət etməkdən qorxanlar var. Adətən ucuz bilet alıb, otel bron etdikdən sonra belə insanlarda gözlənilən uçuşa görə qorxu yaranır. Mütəxəssislər deyirlər ki, uçuş zamanı yaranan qorxu hissi normaldır, lakin bununla mübarizə aparmaq lazımdır. Çünki təlaş və panika sənə ciddi problem yarada, səyahətini korlaya bilər.

fear 2275966b - Təyyarədən qorxanlara faydalı məsləhətlərBütün bunları nəzərə alıb, təyyarə səyahətindən qorxanlara faydalı məlumatlar toplamışıq. Bunları yadda saxlasan, təyyarə ilə səyahət sənin sevimli məşğuliyyətinə çevriləcək.

  1. Uçuşdan qorxursansa, təyyarənin hansı hissəsində oturacağını öncədən seç.
  2. Sənə pis təsir edəcəksə pəncərədən kənar əyləşməlisən.
  3. Yaranan hava boşluğundan (turbulent) qorxursansa, bu zaman təyyarənin sonunda oturman məsləhət deyil. Çünki təyyarənin bu hissəsi daha çox silkələnir.
  4. Qapalı məkan qorxun varsa, çıxışa yaxın yerdə əyləşməlisən. Təyyarədə oturacaq yerini online qeydiyyat zamanı və ya bilavasitə hava limanında qeydiyyatdan keçərkən seçə bilərsən.
  5. Səyahət zamanı rahat geyimlərdən istifadə etməyə çalış. Belə halda özünü evdəki kimi hiss edəcək, tez rahatlaya, yata biləcəksən.
  6. Uçuş zamanı sovurma, şüşə konfetlərdən istifadə etmək də olar. Bu sənin fikrini yayındıracaq və qorxu hissindən uzaqlaşdıracaq. Saqqız çeynəmək də köməyinə çata bilər (xüsusilə meyvəli saqqızlar). Alimlər bu faktı insanların stress zamanı uşaqlıq illərində yaşadıqları xoşbəxt və qayğısız anlarına qayıtma istəyi ilə izah edirlər ki, saqqız çeynəmək də şüuraltı bu işdə yardımçı ola bilir.
  7. Özünü pis fikirlərdən maksimum uzaqlaşdırmalısan. Fantaziyanı işə sal və qorxduğun vəziyyətin sonluğunu müsbət ssenari üzrə tamamla.
  8. Qorxu hissindən uzaqlaşıb, rahatlamağın daha bir üsulu dərin nəfəs almaqdır. Bu səbəbdən səni narahat edən bütün fikirləri uzaqlaşdırmaq üçün dərin nəfəs al. Dərin və sakit nəfəs alarkən rahatlama reaksiyası işə düşür və daha sonra orqanizmdə bir sıra dəyişikliklər əmələ gəlir. Ürək ritmi ləngiyir, əzələlər zəifləyir və s.
  9. Hündürlük qorxun varsa, uçuş zamanı tez-tez pəncərədən bayıra baxmağa çalış. Onda sən təyyarə göyə qalxarkən vəziyyətin sabit olduğunu görə, vəziyyətə bir növ nəzarət edə biləcəksən. Bu, qorxu və təlaş hissindən azad olub, özünü rahat hiss etməyə kömək edəcək.
  10. Uçuşa özünlə yumşaq oyuncaq və ya əlinə xoş gələn digər bir əşya götür. Əllərdə bir çox sinir sonluqları var ki, sən yumşaq və ya xoş bir predmet ilə təmasda olduqda fikirin yayınacaq və pis fikirlər haqqında düşünməyəcəksən.

Nəhayət, uçuşdan qorxanlar üçün ən vacib məsləhət: Müsbət dalğaya köklən, gözəl məqamlar haqqında düşün, vəssəlam!

BƏYƏN
Öncəki məqaləCəlil Məmmədquluzadənin İsveçrə nisgili…
Növbəti məqalə“Dənizlər kraliçası”, kanallar və körpülər şəhəri

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın