Qədim yunan alimi Strabon öz “Coğrafiya” əsərində Cənubi Qafqazda 26 Alban tayfasının yaşadığını yazaraq, onların adlarını çəkirdi. Bu tayfaların əksəriyyəti sonrakı əsrlərdə assimilyasiyaya məruz qalaraq kimliklərini (identity) itirmişdilər. Amma bu tayfalardan Xınalıq hələ də öz adət-ənənəsini qoruyub saxlaya bilib.

Böyük Qafqaz dağlarının ətəklərindəki gözəllik

1c8857d87f1a - Strabon Azərbaycan haqda yazırdı ki....Xınalıq kəndi Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Paytaxt Bakıdan 225 km uzaqlıqdadır. Kənd regionun dəniz səviyyəsindən ən yüksəkdə yerləşən yaşayış məskəni hesab olunur. Xınalıq sıldırımlı qayalar arasında yerləşdiyi üçün qışda digər yaşayış yerləri ilə əlaqəsi kəsilir.

Kənd sakinləri niyə köç edir?

b29080fabafb - Strabon Azərbaycan haqda yazırdı ki....Əvvəllər xınalıqlılar əsasən burada yaşasa da, Sovetlərin çöküşündən sonra bu kənddə yaşayış standartlarının aşağı düşməsi sakinlərinin kütləvi olaraq böyük şəhərlərə üz tutmasına səbəb oldu. 20 il əvvəl bu kənddə 18 min xınalıqlı yaşayırdısa, bu gün onların sayı cəmi 1837-dir. Qeyri-rəsmi hesablamalara görə, bu gün Azərbaycanda 30 minə yaxın xınalıqlı yaşayır. Və onlardan yalnız 5 mini Xınalıq dilində danışır və öz adət-ənənəsini qoruyub saxlayıblar.

Xınalıqlılar nə ilə məşğul olur?

17b8168b4219 - Strabon Azərbaycan haqda yazırdı ki....Xınalıq kəndi qayaların üstündə salındığına görə burada əhalinin əkinçiliklə məşğul olması üçün şərait yoxdur. Buna görə Xınalıqlılar əsrlər boyu heyvandarlıqla məşğul olub. Qışda Xınalıq tamamilə qarın altında olduğundan heyvanlar yem qıtlığı çəkir. Buna görə də, hər il Xınalıq kəndinin əhalisinin 60 faizi noyabrda mal-qara sürülərini götürərək ailələri ilə birgə dağlara, Azərbaycanın Aran ərazilərinə, qışlağa köç edirlər. Onlar dağlarla 150 km-ə qədər yol gedirlər. Bu köç 12-15 gün çəkir. Yazın sonlarında isə Xınalıq əhalisi yenidən öz kəndlərinə qayıdır.

Xınalıqda “toy ayları” 🙂

c238877e5031 - Strabon Azərbaycan haqda yazırdı ki....Xınalıq əhalisinin 60 faizi qış aylarında köç etdiyi üçün bir qayda olaraq dönüşdən sonrakı 2 ay (iyun – iyul) Xınalıqda “Toy ayları” hesab olunur. Yalnız köçdən sonra bu aylarda nişanlı gənclər ailə qurmağa vaxt tapırlar. Və məhz həmin aylarda Xınalıqlıların sosial durumunu, yaşayışını, oradakı təhsilin vəziyyətini, eləcə də onların toy ənənəsini görüntüləmək və tirajlamaq olar.

Xınalıqlıların kəndi tərk etmə səbəbləri

46e57b57d67d - Strabon Azərbaycan haqda yazırdı ki....– Kənddə yalnız bir içməli su bulağı var və hamı bu sudan istifadə edir;

 Qışda havanın hərarəti -30 dərəcəyə düşür, ancaq kənddə qaz yoxdur;

– Kənd elektrik enerjisi ilə də normal təmin edilmir;

– Xınalıqda nəinki xəstəxana, heç aptek də yoxdur;

– Xəstəni ən yaxın xəstəxanaya təhlükəli dağ yolları ilə aparmaq lazım gəlir. Nəticədə ağır xəstələr yolda vəfat edirlər;

– Tibbi mərkəzlərin olmamasına görə Xınalıqda hamilə qadınların 80 faizi evlərində, ənənəvi köhnə üsullarla dünyaya uşaq gətirir. Doğuş zamanı ölüm hallarına tez-tez rast gəlinir.

Bütün bu səbəblərdən dolayı Xınalıq günü-gündən boşalır.  Hər il kənddən orta hesabla 6 ailə köç edir. Bu hesabla yaxın onillikdə Xınalıq kəndi boşalacaq, məhv olacaq və Xınalıq tayfası assimilyasiyaya uğrayaraq tarixdən silinəcək.

78c9a668bc07 - Strabon Azərbaycan haqda yazırdı ki....

iləMusavat.com
BƏYƏN
Öncəki məqaləAmerikaya viza üçün hansı sənədlər tələb olunur?
Növbəti məqaləPasport dövrü bitdi?

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın