Səyahət etmək gözəldir. Ancaq uzun uçuşların insanı yorması da həqiqətdir. Gəlin, Seyyah.az-ın 15 saatlıq uçuşun yorucu olmaması üçün hazırladığı məsləhətlərə baxaq 🙂

1.Onlayn qeydiyyatdan keçin

ucuz ucak bileti nasil bulunur e1476385456913 - Uçuş zamanı yorulmamaq üçün nə etməli?Aviakompaniyaların çoxu uçuşdan 24 saat əvvəl qeydiyyatdan keçməyi təklif edir. Siz öncədən yerinizi və yeyəcəyinizi seçə bilərsiniz.

2.Yer seçərkən ilk sıralara üstünlük verməyin

Belə yerləri adətən körpə uşaqları olan ailələrə verirlər. Sakit uçuş arzu edirsinizsə arxa sıraları seçin.

3.Çalışın yeriniz təyyarənin qanadına yaxın olsun

shutterstock 152653943 - Uçuş zamanı yorulmamaq üçün nə etməli?Hava boşluğuna düşəndə təyyarə çox silkələnir. Orta hissələrdə bu titrəyiş az hiss olunur. Beləcə rahat ola bilərsiniz.

4.Uçuşdan əvvəl idmanla məşğul olun

yoga2 - Uçuş zamanı yorulmamaq üçün nə etməli?

Hava limanları heç də ən sakit və stressiz yer deyil. Məşq stressinizi azaltmağa kömək edə bilər.

5.Uçuşdan əvvəl Duty- Free-yə baş çəkin

3303a3e23f0f342e8b1af25bf3fc7350 - Uçuş zamanı yorulmamaq üçün nə etməli?Uçuşunuz uzunmüddətlidirsə, bu o deməkdir ki, bütün bu müddət ərzində tam hərəkət etmək imkanınız olmayacaq. Ona görə uçuşdan öncə mağazaları gəzişin ki, ayaqlarınız hərəkət etsin və qan yaxşı işləsin.

6.Təyyarə salonuna qalxan kimi bütün cihazlarınızda vaxtı uyğun olaraq dəyişin

Yeni bioritmə alışmaq üçün onunla mümkün qədər tez sinxronlaşmağa çalışın. Əgər çatış məntəqəsində hal hazırda axşam 10-dursa, uçuşun ilk yarısını yatmağa çalışın. Bu halda oraya səhər çatdığınız zaman özünüzü yorğun hiss etməyəcəksiniz.

7.Telefon üçün potativ (daşına bilən) adapter alın

ucakta ozgecmis yazmak 14054 - Uçuş zamanı yorulmamaq üçün nə etməli?Telefon və ya planşetinizə bir neçə film və ya oyun yükləyin. Təyyarə salonunda bu əyləncələr olmaya bilər.

8.Özünüzlə təyyarə salonuna sviter götürün

Hətta soyuq olmasa belə siz onu qatlayıb yastıq kimi istifadə edə bilərsiniz.

9.Səyahət üçün nəzərdə tutulmuş xüsusi yastıq alın

after 30 years of traveling i finally figured out the secret to sleeping well on a plane - Uçuş zamanı yorulmamaq üçün nə etməli?Belə yastıq boyuna dayaq olur və yuxuya getdiyiniz zaman onu şaquli vəziyyətdə saxlayır. Nəticədə uçuş zamanı boyundakı gərginlik hissi azalır.

BƏYƏN
Öncəki məqaləAzərbaycandan Hindistana getmək asanlaşdı
Növbəti məqaləAmerikaya viza üçün hansı sənədlər tələb olunur?

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın