“Azərbaycanlılar 64 ölkəyə vizasız gedə bilirlər”

iStock 000017303096 Double 1200x580 - Azərbaycan pasportunun dünyadakı yeri

Dünyadakı ən güclü pasport Sinqapurundur.
Oktyabrın 25-də qlobal konsultasiya şirkəti olan “Arton Capital Qlobal” Pasport İndeksini açıqlayıb.
Bu reytinq “vizasız bal”a əsasən hesablanır. Yəni konkret bir pasport sahibi neçə ölkəyə vizasız səyahət edə bilir. Sinqapur pasportu 159 balla birinci yeri tutub. İkinci yerdə 158 balla Almaniya, üçüncü isə 157 balla İsveçdir.
Azərbaycan pasportu 63-cü yerdədir, yəni azərbaycanlılar 64 ölkəyə vizasız gedə bilirlər. Gürcüstan 43 (105 ölkə), Ermənistan 68 (59), Rusiya 41 (108), İran 89-cu (36) yerdədir.
Siyahıda adətən Avropa pasportları üstün olur. Almaniya iki il birinci yerdə qərarlaşıb. Amma Paraqvayın Sinqapur pasportu sahibləri üçün vizanı qaldırması onu başa çıxarıb.
“İlk dəfədir ki, Asiya ölkəsi dünyada ən güclü pasportun sahibidir. Bu, Sinqapurun inkluziv diplomatik münasibətlərinin və səmərəli xarici siyasətinin nəticəsidir”, – “Arton Capital”-ın direktoru Filip May belə deyib.
İlk 20-liyə düşən digər Asiya ölkələri isə Cənubi Koreya (157 ölkəyə vizasız səyahət edə bilirlər), Yaponiya (156) və Malayziyadır (154).
Donald Trump prezident seçiləndən ABŞ pasportunun reytinqi düşüb. Türkiyə və Cənubi Afrika respublikası ABŞ pasportu daşıyanlar üçün vizasız rejimi ləğv edib.
Dünyanın ən güclü pasportlarının ilk 10-luğu isə belədir:
1. Sinqapur: 159
2. Almaniya: 158
3. İsveç, Cənubi Koreya: 157
4. Danimarka, Finlandiya, İtaliya, Fransa, İspaniya, Norveç, Yaponiya, Böyük Britaniya: 156
5. Luksemburq, İsveçrə, Niderland, Belçika, Avstriya, Portuqaliya: 155
6. Malayziya, İrlandiya, Kanada, Birləşmiş Ştatlar: 154
7. Yunanıstanm, Avstraliya, Yeni Zelandiya: 153
8. Malta, Çexiya Respublikası, İslandiya: 152
9. Macarıstan: 150
10. Sloveniya, Slovakiya, Polşa, Litva, Latviya: 149
Əfqanıstan siyahıda ən sonuncudur. Cəmi 22 ölkəylə vizasız rejimi var. Ondan öncəki yerləri Pakistan və İraq (26), Suriya (29) və Somali (34) tutur.
“Nomad Capitalist” şirkəti də 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlamışdı. “Nomad Pasport İndeksi 2017” adlı sənəddə 199 ölkənin pasportu qiymətləndirilib. Şirkətin hesablamalarına görə, İsveç, Belçika, İtaliya, İspaniya, İrlandiya, Finlandiya, Almaniya, Danimarka, İsveçrə və Lüksemburq pasportları 2017-ci ilin 10 ən yaxşısıdır.
Qiymətləndirmə 5 əsas faktora – pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, viza azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa və həmin pasportlara münasibətə görə müəyyənləşdirilib.
Azərbaycan bu siyahıda da Qafqazdakı qonşularından geridədir. Azərbaycan pasportu 199 ölkə arasında 133-cüdür. Rusiyanın pasportu 82, Gürcüstanınkı 83, Türkiyəninki 88, Ermənistanınkı 132, İran pasportu isə 191-ci yerdədir.
“Nomad Capitalist” şirkətini səyahət həvəskarı, sahibkar və investor Andrew Henderson 2012-ci ildə yaradıb. O, şirkəti vasitəsilə öz gördüklərini və öyrəndiklərini – başqa ölkələrdəki həyat tərzi, iş və sərmayə imkanları haqda bilgilərini paylaşır.

https://www.passportindex.org/byRank.php

BƏYƏN
Öncəki məqaləMüxtəlif ölkələrdəki maraqlı restoranlar
Növbəti məqaləRusiyanın 5 sakini olan ən gözəl kəndi

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın