Bu dəfə səyahətimiz restoran və kafelərədir 🙂

Səyahət zamanı biz müxtəlif şəhərlərin tarixi yerlərini, muzeylərini, mədəniyyətini öyrəndiyimiz kimi mətbəxləri ilə də tanış oluruq. Bu da ən azı səyahət qədər zövqlüdür. Gəlin, Baba Ağayevin təqdimatında bəzi ölkələrdəki maraqlı restoran və kafeləri tanıyaq.

Yolunuz bu şəhərlərdən düşsə, mütləq baş çəkin:

1.The Test Kitchen, Keyptaun, CAR

the test kitchen1 - Müxtəlif ölkələrdəki maraqlı restoranlarPorsiyalar çox kiçik olsa da, mükəmməl dad yaradırlar. Bu restoran hər il dünyanın fərqli yemək jurnallarında “Dünya üzrə Top 50, Top 100 Restoranlar” listinə düşür. Yeməklər gözünüzün önündə hazırlanır. Təamlar doymaq üçün deyil, zövq almaq üçündür. Biraz toppuş olanlar buradan çıxandan sonra doymaq üçün McDonaldsa üz tuta bilərlər 🙂

2.Copa Lima, Rio, Braziliya

Copa Lima - Müxtəlif ölkələrdəki maraqlı restoranlarRionun mərkəzi Kopokabananın əsas mərkəzi küçələrində olan balaca “Fast Food” kafeləridir. Əjdaha burgerləri və təbii şirələri olur. 1 burger, 1şirə alıb, düşürsən 2 küçə aşağıdakı dünyanın ən məşhur çimərliklərindən sayılan Kopokabanaya. Oturursan sahildə və aldıqlarını vurursan bədənə . İnanın 5 Ulduz restoranlardakı yeməklərdən daha çox zövq alacaqsız 🙂

3.The Rules, London, Birləşmiş Krallıq 

The Rules - Müxtəlif ölkələrdəki maraqlı restoranlarLondonun ən qədim restoranıdır. 1798-ci ildən fəaliyyətdədir. Sezonuna düşsəniz, gündəlik ovlanmış ceyran, maral və digər heyvanların ətlərindən hazırlanmış təamların dadına baxa bilərsiniz. Təkcə interyer restoranın qiymətləri haqqında nəticə çıxarmanıza yardımçı ola bilər. Amma yeməklərin dadı interyeri ikinci plana salır. Bu restorana turistlər və yerlilər xüsusən onlarla növü olan ingilis pudinqlərinin dadına baxmağa gəlirlər.

4.Café de Tacuba, Meksiko, Meksika 

Café de Tacuba - Müxtəlif ölkələrdəki maraqlı restoranlarÖz tarixinə uyğun freska və divar rəsmləri ilə dizayn edilmiş retsoranda Meksika mətbəxinin ən dadlı yeməklərini yeyə bilərsiniz. Restoran 1912-ci ildən fəaliyyət göstərir. Bütün interyer bir tarixdir. Mən ençiladas və miçelada sifariş vermişdim. Yeməkləri də çox dadlıdır. Heyif ki, Bakıda heçbir restoran, kafe, pub miçelada vermir.

5.Texas Steak House, Dubay, BƏƏ 

Texas Steak House - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Burada yediyim steyk indiyə qədər daddıqlarımın ən möhtəşəmi idi. Dubai Mall-da (Fountain Restaurant Area – Lower Ground Level) yerləşir. Dubaya gedəndə burada özünüzə mütləq bir qonaqlıq verin 🙂

6.Mama Africa, Keyptaun, CAR 

Mama Africa - Müxtəlif ölkələrdəki maraqlı restoranlarKeyptauna gələnlər üçün “must be” restorandır. Qiymətləri biraz yüksək olsa da, timsah, dəvəquşu və bir çox başqa heyvanların ətlərindən hazırlanmış qrillərin və MicroBrewery-lərin dadına baxa biləcəyiniz yerdir. Yanında da canlı Afrika musiqisi ilə 🙂

7.Компот, Odessa, Ukrayna

.jpg - Müxtəlif ölkələrdəki maraqlı restoranlar

Odessadan yolunuz düşsə, dovşan ətindən olan pelmenilərinin (kompotla 🙂 ) və ənənəvi borşlarının dadına baxın.

BƏYƏN
Öncəki məqaləBəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə getmək olacaq
Növbəti məqaləAzərbaycan pasportunun dünyadakı yeri

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın