Gürcüstan Avropanı heyran qoymaqda davam edir 🙂

inqnatiri toms - 40 avroya Milan, Berlin, Münhenə get...Gürcüstanın yeni baş naziri Georgi Kvirikaşvili öz “Facebook” səhifəsində Kutaisidən Avropanın müxtəlif şəhərlərinə açılacaq yeni reyslər və qiymətlərdən yazıb.

WizzAir” şirkətinin həyata keçirdiyi uçuşların qiymətləri çox ucuz və sərfəlidir. Şirkət uçuşlara sentyabrdan başlayacaq. Beləliklə, qiymətlərlə tanış olun 🙂

Kutaisi – Milan 40 avro

Kutaisi – Berlin 40 avro

Kutaisi – Münhen 40 avro

Kutaisi – Dortmund 40 avro

Kutaisi – Saloniki 30 avro

Kutaisi – Sofia 30 avro

Kutaisi – Larnaka 25 avro

Bakıdan Milana biletlərin qiyməti 337 manatdan başlayır. Ekonom standartın tək gediş qiyməti isə 526 manat yəni 337 avrodur. Bakı- Berlin reysi isə 599 manatadır (351 avro). Belə gülməli… 🙂

Qeyd: ​WizzAir​ aviaşirkəti martın sonlarından ucuz qiymətə Bakı-Budapeşt-Bakı reysini həyata keçirəcək. Bundan əlavə, WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).

BƏYƏN
Öncəki məqaləSəyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEO
Növbəti məqaləMotosikletlə dünyanı gəzən ailə – FOTOLAR

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın