Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEO

0
2464

Səyahət Üçün Ən Ucuz 9 Ölkə

1. Rumıniya

584690df67b0a94208e5f26a - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfərlik gündəlik büdcə: 80-90 dollar edir. Rumıniyada küçə yeməyinə rast gələ bilmərsən. Ucuz kafedə 5 dollara nahar edə bilərsən. Restoranda bir nəfər üçün naharın qiyməti 15 dollara başa gəlir.

Ümumilikdə, ölkədə qonaq evlərində iki nəfərlik nömrə və ya 2 ulduzlu mehmanxanada qalmaq 25-30 dollara başa gəlir. Buxarestdə mənzili gündəlik 30 dollara, Braşovedə isə 35-40 dollara kirayələmək olar.

2. Serbiya

11220 subotica serbia 1920x1080 world wallpaper 837x471 - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfərlik gündəlik büdcə: 70-80 dollar edir. Qarnirli kotlet və ya çörəkarası 2 dollardan baha deyil. Restoranda nahar 10 dollara başa gəlir. Belqradda sadə iki nəfərlik nömrə 35-40 dollaradır. Mərkəzdə mənzil tutmaq 25-35 dollara başa gələr.

3. Gürcüstan

c86559d963ab91d5085c524e79152f1435c099a5 - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfərlik gündəlik büdcə: 75-85 dollara yaxındır. Xaçapuri və lobianini hər küçə başında 1,5 dollara satırlar. Kafedə nahar 5-6 dollar edir. Tbilisi və Batumidə sadə iki nəfərlik yer 40 dollara başa gələcək. Digər yerlərdə, ucuz qonaq evlərində nömrə 15-30 dollardır.

4. Tunis

Sejour venis tunis - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfərlik gündəlik büdcə: təxminən 60-70 dollardır. Şakşuka, kolbasa-mergez və ya lablabi şorbası kimi yeməklər 3 dollara, restoranda nahar 8-9 dollar olacaq. Tunisdə ucuz qonaq evləri elə də çox deyil, amma 20-26 dollara sadə nömrə tapmaq olar.

5. Misir

Mısır Nasıl Bir Ülkedir - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfərlik gündəlik büdcə: 50-60 dollar edir. Misirdə küçə yeməyi çox ucuzdur: falafel, kuşari, şaverma 1,5 dollaradır. Restoranda orta hesablı çek 4-7 dollaradır. Sadə hosteldə otaq 15, gözəl oteldə isə 25-30 dollaradır.

6. Nepal

everest 1 - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfərlik gündəlik büdcə: dağlarda trekdə 40 dollara yaxın, ölkənin digər yerlərində 45-50 dollardır. Nepalda küçə kafesində doyunca yemək üçün 4-5 dollar bəs edir. Turistik kafelərdə iki nəfərlik nahar 15 dollardır. Hosteldə iki nəfərlik yer 5-8 dollardır. 15-20 dollara isə normal oteldə qalmaq mümkündür.

7. Hindistan

Why living in india and being an Indian is amazing 1 - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfərlik gündəlik büdcə: 40-45 dollardır. Hindistanda küçə yeməyi demək olar ki, havayıdır. Yerli yeməkxanada doyunca yemək 2,5 dollara olacaq, turistik restoranlarda orta hesab 3-6 dollar olacaq. Hər yerdə 5-8 dollara normal otağa sahib olacaqsız . Mumbayda və turistik yerlərdə mövsümün pik vaxtında xərclər 2-3 dəfə artır.

8. Laos

laos 1 - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfər üçün gündəlik büdcə: 55-65 dollar. Küçə kafelərində nahar 1-5 dollar, turistik kafelərdə isə 5-10 dollardır. İki nəfərlik orta qiymətli nömrə 10-15 dollara başa gələcək (Vyetnamda bir qədər bahadır).

9. İndoneziya

17497862743 dcf905369f b - Səyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEOİki nəfər üçün gündəlik büdcə: 40-50 dollar edir. Burada küçə yeməyi çox ucuzdur: qovrulmuş düyü və ya əriştə 1,5-2 dollardan baha başa gəlməyəcək, restoranda orta hesab 5-8 dollardır. Normal otellər Sumatrada 9-10 dollar, Yavada 10-15 dollar, Balidə 15-20 dollara başa gələr.

BƏYƏN
Öncəki məqalə2 uşaqla dünyanı gəzən ailə
Növbəti məqalə40 avroya Milan, Berlin, Münhenə get…

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın