Səyahət çoxlarının arzusu olsa da, bəzən gərgin iş qrafikinə görə gedə bilmir, bəzən də yetərincə pulu olmadığı üçün arzusunu ürəyində boğmalı olur insan

post38 9 1224x620 - 2 uşaqla dünyanı gəzən ailəBir də uşaqlı analar var bunu özünə dərd edir. Tez-tez eşitmək olur bu şikayətləri: “Uşaqla necə səfərə çıxım axı?!”, “Bütün səfər burnumdan gələr” və s. Əksər qadınlar düşünür ki, uşaq onun əl-qolunu bağlayır, onunla nəinki səyahətə, heç əvvəl getdiyi restorana, kafeyə, dükana, hətta dostlarla görüşə də getmir. Yollar, iqlim və saat qurşağının dəyişməsi, təyyarə, avtobus, qatar, otel narahatlıq və gərginlik yarada bilir. İlk baxışda bütün bunlar bir balaca çətin ola bilər. Ancaq bu, səyahət etmək və bundan zövq almağa maneə olmasın gərək.

Dünyanı gəzən ailə

unspecified 1 1 550x376 - 2 uşaqla dünyanı gəzən ailəElə Adam və Emily Harteau cütlüyü kimi. Onlar hətta iki uşaqla dünyanı gəzirlər. Üstəlik, uşaqlardan biri körpədir. Onlar Kaliforniyadakı evlərini, həyatlarını arxada qoyub, uzunmüddətli səyahətə çıxıblar. Özü də şəxsi karavanları ilə. Bu ailəyə həsəd aparmamaq əldə deyil 🙂

BƏYƏN
Öncəki məqaləDünyanın ən bahalı təyyarə biletləri
Növbəti məqaləSəyahət üçün ən ucuz 9 ölkə hansılardır? VİDEO

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın