Həm ucuz, həm də maraqlı payız tətili…

lake ontario 1581897 960 720 - Payızda görməli şəhərlər hansılardır?
 Adətən səyahət üçün yaz və yay aylarını seçirik. Əslində isə hər fəslin öz gözəlliyi olduğu kimi hər şəhərin də öz fəsli var 🙂 Elə ölkə və şəhərlər var ki, ora məhz payızda, qışda getsən əylənə, ləzzət ala bilərsən. Səyahətçilərin sevimli saytı momondo.com.tr qış yetişməmiş səyahətə çıxmaq istəyənlər üçün payızda gediləcək şəhərlərdən yazıb.

1.Təl-Əviv, İsrail

tel aviv gibor sport 005 - Payızda görməli şəhərlər hansılardır?Yayda günəşdən tündləşmiş dərinlə vidalaşmağa hazır deyilsənsə, İsrailin paytaxtı Təl-Əviv sənin üçün ideal yerdir. Orda hələ yay davam edir 🙂 Günəş, isti qum, dəniz, axşam gəzintiləri, müxtəlif menyularla xidmətinizdə olan restoranlar və s. – sadəcə gedib görmək lazımdır. Dünyanın ən yaxşı 10 plyaj şəhərindən biri olan Təl-Əviv plyajlarında turistlərin azaldığı dövrdür payız. Həm istirahət, həm də sakitlik istəyirsənsə Təl-Əvivi seçə bilərsən 🙂

2. Sevilya, İspaniya

sevilla - Payızda görməli şəhərlər hansılardır?Daha az günəşlə qane ola bilərsənsə İspaniyanın Sevilya şəhərini seçə bilərsən. İstiliyin təxminən 40 dərəcə olduğu bu şəhərə İspaniyanın “qızartma tavası” da deyirlər. Çox isti yerdir. Ancaq səyahətini payız aylarına planlaşdırsan, şəhərin ən gözəl vaxtını görərsən.

Küçələri portağal çiçəyi qoxan bu şəhərin kölgəli, açıq sahəsi olan restoranlarının qarşısı pivə içən yerli əhali və turistlərlə dolu olur.

Şəhərin çox olmayan tarixi məkanları və düz coğrafiyası var. Beləcə, ürəyin istədiyi qədər piyada gəzə bilərsən.

3. Kanada, Ontario

9215148 the top 10 ontario parks to camp in this t5a50959 - Payızda görməli şəhərlər hansılardır?Payızın rənglərini görmək istəyirsənsə Kanadanın Ontario şəhərinə get. Buradakı “Algonquin Əyalət Park”ı məşhurdur. 7.725 kilometrlik ərazini əhatə edən, sıx meşə və çaylarla əhatələnmiş bu parkda əsl payız abu-havası olur. Payızdan qaçmaq əvəzinə, onu qucaqlamaq istəyirsənsə Ontarionu seçə bilərsən.

4. Lissabon, Portuqaliya

C S5HDfXsAEOXa0 - Payızda görməli şəhərlər hansılardır?Ucuz və sərfəli səyahət üçün Portuqaliyanın paytaxtı Lissabonu da seçmək olar.
Çünki hamının getdiyi vaxtlarda deyil, payız aylarında səyahət etmənin ən böyük avantajıdır ucuz qiymətlər. Çay kənarında olan bu şəhərdə 1000 illik tarixi və gözəl memarlıq abidələrini görə bilərsən. Günəş hələ də parıldayır, hava sərin, restoran və otellərdə ucuzluq. Bir sözlə, payızda həm ucuz həm də sərfəli səyahət axtarırsansa Lissabona gedə bilərsən 🙂

BƏYƏN
Öncəki məqaləİnsanların Ən Çox Görmək İstədiyi ölkə 
Növbəti məqaləDünyanın ən bahalı təyyarə biletləri

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın