Türkiyənin haberturk.com saytı min dollara bir aylıq istirahətin mümkün olduğu ölkələrin siyahısını verib. Siyahı ömrünün 1550 gününü səyahətdə keçirən bir blogerin fikirlərinə əsaslanıb. Blogerə görə, turistlər Slovakiya, Sloveniya, Xorvatiya, Bosniya-Hersoqovina, Serbiya, Makedoniya, Ruminiya, Moldova, Estoniya və Latviya kimi ölkələri az pul xərcləməklə kəşf edə bilərlər.

Bu ölkələrin hər birində günü 15 dollardan gecələmək mümkündü. Gündəlik yemək xərci isə 2-10 dollara başa gəlir.

Dünyanın ən ucuz istirahət bölgələri Asiyadadır

asia skyline monuments - 1000 dollara 1 aylıq istirahətin mümkün olduğu ölkələrŞimali və Cənubi Amerika qitələrində yerləşən bəzi dövlətlər də bu kateqoriyaya aid edilib. Bu ölkələrdə bir aylıq istirahətin maksimum qiyməti 1000 dollardır.  Aralarında ən ucuzu Meksikadır. Sonrakı yerlərdə Panama, Kosta-Rika, Nikaraqua, Honduras, El-Salvador, Qvatemala gəlir.

Dünyanın ən ucuz istirahət bölgələri isə Asiyada yerləşir. Qərbi Asiya ölkələrində 1 aya 500 dollar xərcləməklə də istirahət etmək olar. Tailand, Kamboca və Vyetnam həmin ölkələrdəndir. Növbəti yerlərdə Malaziya, İndoneziya, Myanma, Banqladeş, Nepal, Şri-Lanka və Hindistan gəlir.

Qeyd: Qərbi Asiya ölkələrində 1 aya 500 dollara istirahət mümkün ola bilər. Ancaq Bakıdan həmin yerlərə getmək kifayət qədər baha başa gəlir. Təyyarə biletləri olduqca bahadır. Gələcək yazılarda bilet qiymətlərilə bağlı məlumat verəcəyəm.

BƏYƏN
Öncəki məqaləUcuz təyyarə biletini hardan əldə edək?
Növbəti məqaləDünyanın ən etibarlı aviaşirkətləri hansılardır?

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın