Avropanın ən ucuz və tez-tez kampaniyalar edən aviaşirkətləri

Hamımız harasa gedəndə təyyarə biletinin ucuz başa gəlməsini istəyirik. Əsas pulunu gəzməyə, əylənməyə, istirahətə, muzeyə, hədiyyə almağa xərcləməyi kim istəməz ki?

Gəlin təyyarə biletini maksimum ucuz alaq ki, qalan əyləncələrə çox pulumuz qalsın 🙂

ucuz ucak bileti nasil bulunur e1476385456913 - Ucuz təyyarə biletini hardan əldə edək?Beləliklə, deyim ki, ucuz bilet axtarışını bir neçə saytda etmək olar. Bu aviaşirkətlərin saytları da ola bilər: burada sən ucuz kampaniyalarla tanış ola bilərsən. THY, Pegasus, Wizzair, hətta bəzən AZAL da kampaniyalar edir (əvvəlki qiymətlərdən kəskin fərqlənməsə də 🙂 ). skyscanner.com,opodo.comedreams.comskycheck.comtripadvisor.com kimi ucuz bilet satan saytlar da sənə bələdçilik edə bilər.

Gediş-gəliş cəmi 60 avro

2014-cü ilin oktyabrına qədər Macarıstanın ​WizzAir​ aviaşirkəti Bakı-Budapeşt reysini  həyata keçirirdi. Uçuşlar ucuz idi. 2013-cü ildə Bakı-Budapeşt-Bakı reysinə 60 avro ödəmişdim. Sonra Bakıdan Avropaya ən ucuz çıxış olan bu reys bağlandı. Ancaq biz yenə həmin şirkətin ucuz xidmətindən yararlana bilərik. WizzAir Gürcüstanın Kutaisi şəhərindən 5 istiqamətdə – Budapeşt, Katowice, Kiyev, Varşava, Vilnüsə uçuş gerçəkləşdirir. Biletlər 20 avrodan başlayır. Kutaisiyə Tiflisdən Türkiyəyə gedən avtobuslarla getmək mümkündür (qiyməti təxminən 5 manat).uzun ucus oncesi bilmeniz gerekenler 2 - Ucuz təyyarə biletini hardan əldə edək?WizzAir-lə oktyabrın 20-nə olan Kutaisi-Budapeşt reysinin qiyməti 130 avro, həmin günə AZAL-ın Bakı-Budapeşt reysinin qiyməti isə 415 manatdır. Turistdən fərqli olaraq, səyahətçiyə lüks təyyarə, bahalı yemək-içmək lazım deyil. Ona görə Kutaisidən uçmaq sərfəlidir. Bakıdan Kutaisiyə getməyə isə 15,50 manat bəs edir.

Çətini Avropa ölkələrindən birinə çatanacandır. Sonrakı mərhələlərdə istər avtobus, istər qatar, istərsə də təyyarə ilə səyahətlər sənə ucuz başa gələcək.

Qeyd: Biletin ucuz olması üçün:

 

– Uçuşdan minimum 60 gün öncə alınmalıdır;

– Həftə içi uçuşlarını seçmək lazımdır;

– Uçuş gecə yarısından sonra olmalıdır.

 

Avropanın ən ucuz aviaşirkətləri bunlardır

RyanAir (http://www.ryanair.com);

EasyJet (http://www.easyjet.com);

German Wings (http://www.germanwings.com);

WizzAir (http://wizzair.com);

Corendon (http://www.corendon.com);

Vueling (http://www.vueling.com).

Bütün bunların köməyilə sən təyyarə biletini ucuz əldə edib, büdcənin böyük hissəsini digər əyləncələrə və ya gələcək səyahətlərə ayıra bilərsən 🙂

BƏYƏN
Öncəki məqaləYer üzünün gerçək cənnəti – İsveçrə
Növbəti məqalə1000 dollara 1 aylıq istirahətin mümkün olduğu ölkələr

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

1 şərh

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın