“Times” tərəfindən hazırlanmış dünyanın 10 ən güclü universitetləri siyahısında 8 ABŞ, 2 Britaniya universiteti yer alıb.

Azərbaycanlı tələbələrin təhsil almaq üçün ən çox getdiyi ölkələrdən olan Türkiyə və Rusiyanın heç bir universiteti ən güclü 100 universitet sırasında yoxdur.

Siyahıya ABŞ-ın Harvard Universiteti başçılıq edir. Dördüncü və beşinci yerlərdə isə Cambridge və Oxford gəlir.

Siyahı, beynəlxalq paneli təşkil edən akademiklərin rəyləri əsasında hazırlanıb.

1 466127 - Dünyanın 10 ən güclü universiteti hansılardır?

Dünyanın ən etibarlı 10 universiteti bunlardır

  1. Harvard Universiteti;
  2. Massachusetts Texnologiya İnstitutu;
  3. Stanford Universiteti;
  4. Cambridge Universiteti;
  5. Oxford Universiteti;
  6. California, Berkeley Universiteti;
  7. Princeton Universiteti;
  8. Yale Universiteti;
  9. Columbia Universiteti;
  10. California Texnologiya İnstitutu.

Dünyanın 100 ən güclü universiteti sırasına Asiya qitəsindən 17 ali təhsil ocağı daxil olub.

Toku Universiteti 12-ci, Çinin Tsinghua Universiteti 18-ci, Pekin Universiteti 21-ci, Sinqapurun Milli Universiteti isə 26-cı yerdədir.

Siyahıda heç bir Azərbaycan universiteti yer almayıb.

BƏYƏN
Öncəki məqaləKeniya – macəralar diyarı (VİDEO)
Növbəti məqaləDağlar altındakı su mağarasının sirri

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın