Məncə, Şotlandiya haqqında məlumatlarım çoxlarını maraqlandırır. Müasir dövrdə də öz fərqliliyini qoruyub saxlayan bir əyalətdir. XVIII əsrin əvvəlinə qədər Şotlandiya müstəqil dövlət idi. Ölkənin İngiltərəyə birləşməsi 1707-ci ilin 1 mayında baş verib. Bu zaman Birləşmiş Krallıq yaradılıb.

20140717143240016000 shutterstock 112513559 Beautiful view of the city of Edinburgh - Şotlandiya haqqında bilmədiklərimiz1970-ci ildə Şotlandiyada Şimal dənizinin şelfində neft emalına başlanılır. Ərazilərdə neftin kəşf edilməsi şotlandiyalıların azadlıq meyllərini gücləndirib. Böyük Britaniyadan azad olmaq üçün növbəti referendum 2014-cü ildə keçirilib.

Ölkədə 5 milyona yaxın şotlandiyalı yaşayır. Maraqlıdır,  ABŞ və Kanadada yaşayan şotlandiyalıların da sayı məhz bu qədərdir.

thumb 6773 royal mile - Şotlandiya haqqında bilmədiklərimiz

Kürən insanların sayı Şotlandiyada daha çoxdur. Belə insanlar burada 13 faiz təşkil edirlər.

Şotlandiyada küçə ilə qaçan qara pişiyi uğur əlaməti hesab edirlər. Əgər, bu qara pişik sizin evinizin damındadırsa, onda evinizə bolluq və bərəkət gətirəcək.

Suyunun həcminə görə Şotlandiyanın ən böyük gölü Loh-Ness-dir. Lakin turistləri bura cəlb edən yalnız bu fakt deyil. Belə hesab edirlər ki, gölün dərinliyində nəhəng bir div yaşayır.

spiegelungen auf dem loch ness 15507bb2c6 - Şotlandiya haqqında bilmədiklərimizŞotlandiya dağlılarının milli geyimi keltdir və görünüş baxımından ətəkləri xatırladır.

91c4785fc6596a275a10894fdc446e3a scottish kilts men in kilts - Şotlandiya haqqında bilmədiklərimizŞotlandiyanın iqlimi Böyük Britaniyanın digər ərazilərindən daha rütubətlidir. Təəccüblü deyil ki, məhz 1824-cü ildə şotlandiyalı rəssam, memar və dizayner Çarlz Makintoş yağışdan qorunmaq üçün plaş yaratmışdı.

Viski Şotlandiyanın milli içkisi hesab edilir. Tərcümədə isə mənası “həyat suyu” deməkdir.

1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilib. Bu zaman Şotlandiya və İngiltərə yığmaları qarşılaşıb.

Dünyada ən qısa aviareys də Şotlandiyaya məxsusdur. Sərnişinlərə təyyarə ilə Şotlandiyanın iki – Vestrey və Papa Vestrey adaları arasında gedib-gəlmək üçün cəmi 2 dəqiqə lazımdır. Bir uçuş zolağından baxdıqda digər adadakı uçuş zolağını asanlıqla görmək olur.

shortest flight 1 5.900x600 - Şotlandiya haqqında bilmədiklərimiz

BƏYƏN
Öncəki məqaləTəyyarədə doğulan uşaq hara vətəndaşı olur?
Növbəti məqaləMadridin real üzü

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın