Prezident qanuna dəyişiklik edir

2017 02 06 22 57 15vesiqe - Bəzi ölkələrə şəxsiyyət vəsiqəsi ilə getmək olacaq2018-ci il yanvarın 1-dən Azərbaycan vətəndaşları müvafiq beynəlxalq müqavilə bağlanmış ölkələrə şəxsiyyət vəsiqəsi ilə səyahət edə biləcəklər.Məlumatı president.az saytı yayıb. İlham Əliyev “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə” 2017-ci il 25 aprel tarixli 628-VQD nömrəli qanunun tətbiqi haqqında” sərəncam imzalayıb. Qanunda şəxsiyyət vəsiqəsi ilə bağlı bu prosedurun 2017-ci il yanvarın 1-dən həyata keçirilməsi nəzərdə tutulub. “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” 2016-cı il 29 noyabr tarixli qanunun qəbulu ilə əlaqədar bu müddət dəyişdirilib.

BƏYƏN
Öncəki məqaləTailanda uçuşların qiyməti bizdə və başqa ölkələrdə
Növbəti məqaləMüxtəlif ölkələrdəki maraqlı restoranlar

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın