Qonaq qəbul et, qonaq ol

İldə 1-2 dəfə səyahət edənlərə varlı gözü ilə baxmağı bir kənara qoyun. Bu düşüncələr sizə heç nə qazandırmayacaq. Özünüzü kasıb, onları imkanlı hesab etməkdənsə, ucuz səyahətin yolları ilə maraqlanın 🙂

Çox gəzmək, çox pulu olmaq anlamına gəlmir. Planlı və bilgili olmaq kifayətdir.

Pulsuz gecələmə – couchsurfing

1444791711547 e1460714781904 compressor - Dünyanın müxtəlif ölkələrində ucuz və pulsuz gecələmənin yolları

Məsələn, dünyanın əksər ölkələrində pulsuz gecələmək üçün Couchsurfing-dən istifadə edin (divan-divan, ev- ev gəzmək mənasına gəlir). Birlik 2003-cü ildə dünya səyyahları üçün qurulub. Couchsurfing-in 10 milyon üzvü dünyanın 200 min şəhərində pulsuz qala bilir. Bununçün http://www.couchsurfing.com-da profil yaratmaq lazımdır. Bu xidmət bəzən pullu, bəzən də könüllü ola bilir. Onu da deyim ki, couchsurfing.com saytı vasitəsilə gedəcəyiniz şəhərlərdə sizi gəzdirəcək bələdçilər də tapa bilərsiniz. Bələdçilər də bəzən könüllü, bəzən pulla xidmət göstərirlər. Seçim sizindir.

Çarəsizlikdən yaranan biznes

Bir də http://www.airbnb.com saytı var. Bu saytdan qeydiyyatdan keçməklə siz, gedəcəyiniz şəhərdə ucuz qiymətə ev, otaq kirayələyə bilərsiniz.

Airbnb evinin otaqlarından birini və yaxud da evini kirayə vermək istəyənləri bir araya toplayan sosial saytdır.

Sayt San Fransiskoda yaşayan cütlük tərəfindən yaradılıb. Evlərinin kirayə haqqını verə bilməyən Brian Chesky ve Joe Gebbia otaqlarının birini kirayə vermək məcburiyyətində qalıblar. Göstərdikləri xidmət isə hava ilə doldurulan yataq və səhər yeməyindən ibarət olub. 2008-ci ildə airbedandbreakfast.com belə yarandı. Bir müddət sonra saytın adı airbnb oldu. İndi turistlər üçün bütün dünyada yayılmış ən yaxşı və ucuz gecələmək seçimidir.

Qənaət et, onlarla ölkə, şəhər gəz

Səyahəti ucuz və yaxud bahalı etmək insanın öz əlindədir. Qənaət etmək gələcək səfərlər üçün bir addım öndə olmaq deməkdir.

BƏYƏN
Öncəki məqaləFrans Kafkanın muzeyi… 
Növbəti məqaləİstanbulun böyük, ən gözəl adası – “Böyük ada”

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın