Nəzərdən qaçan gözəlliklər…

İstər səyahətçilər olsun, istərsə də turistlərin ən çox səyahət edib, danışdıqları Paris, London, Venesiya, Roma, Praqa, Berlin və s. kimi tanınmış şəhərlərdir. Halbuki, haqqında danışılmayan, yazılmayan o qədər gözəlliklər var ki…

Doğrudur, yuxarıda saydığım şəhərlərin hər biri deyildiyi qədər gözəldir. Ən çox turist cəlb edən şəhərlərdir. Elə buna görə də bahadır 🙂

Ancaq səyahətçilərin diqqətindən kənar, haqqında çox danışılmayan, gözəlliyi ilə Parisdən, Amsterdamdan geri qalmayan Avropa şəhərləri də var 🙂

Bu gün Avropaya səyahət zamanı nəzərdən qaçan şəhərlərdən danışacam.

1.Cork, İrlandiya

cork compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Bu şəhərə “İrlandiyanın əsl paytaxtı” da deyilir. Paytaxt Dublin həddindən artıq böyük və qələbəlikdir. Əgər sən gəzmək üçün kiçik, şirin və bir o qədər də gözəl bir şəhər axtarırsansa, Cork əsl sənlikdir. Şəhər restoranları, dadlı yeməkləri, pivəxanaları və canlı musiqisi ilə də tanınır.

2.Lyon, Fransa

lyon compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Lyon Fransanın cənub-qərbində yerləşir. Eyni zamanda, ölkənin 3-cü böyük şəhəridir. Sena və Reyn çaylarının üzərində qurulub. Canlı və mədəni gecə həyatı, muzeyləri, alış veri-mərkəzləri ilə məşhur olan Lyon fransızların ən çox pul xərclədikləri yerlərdən biridir.

3.Helsinki, Finlandiya

helsinki compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Fin Körfəzi üzərində yerləşir. Görməli, gəzməli yerlərlə bol olan dəniz şəhəridir. Şəhərə gedənlər, mütləq limana baş çəkib, qayıqla gəzə, muzeylərə, yaşıl parklara gedə bilərlər. Helsinkiyə qışda getməyi tövsiyyə etmirəm. İnanılmaz soyuq olur 🙂

4.Frayburq im Breisqau, Almaniya

freiburg im breisgau compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Təbiətin gözəllikləri ilə əhatə olunan Freiburg daha çox universitetlər şəhəri kimi tanınır. Bura baş çəkmiş səyahətçi və turistlərin sözlərinə görə, orada özünü kitablarda təsvir edilən orta əsr şəhərindəki kimi hiss edirsən. Frayburq həm də dünyanın ən yaşıl şəhərlərindən biridir.

5.Porto, Portuqaliya

porto compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Portuqaliyanın paytaxt Lissabondan sonra ikinci ən böyük şəhəridir. Şəhər liman bölgəsi və təpələr üzərində olan hissələrdən ibarətdir. Daha çox liman şəhəri kimi tanınır. Romantik, rəngli görünüşü, tarixi və zəngin mədəniyyəti ilə hər kəsin diqətini cəlb edir. Məşhur Porto Şərabının məskənidir.

 6.Granada, İspaniya

Granada - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Granada şəhəri İspaniyanın Andalucia adlı muxtar bölgəsində yerləşir. Granadanın əsas cəlbedici məkanları Alhambra Moorish sarayıdır.  Uzun müddət ərəblərin təsiri altında qalıb. Zamanla inkişaf edib, gözəlləşib. Çox olmasa da şəhər əhalisinin içərisində müsəlmanlar da var.

7.Maastricht, Niderland

Maastricht compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Niderlandın ən maraqlı şəhərlərindən biridir. Gənc şəhər olduğundan hələ də inkişaf edir. Universitetlər çox olduğundan tələbə şəhəri kimi də tanınır. Şəhərdə yeraltı keçidlər vasitəsi ilə tarixi yerləri görmək, tanımaq imkanın var. Yolun Hollandiyaya düşsə, mütləq görməlisən 🙂

8.Gent, Belçika

gent compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Gent şəhərini ilk dəfə görənlər ona asanlıqla aşiq ola bilər. Şəhər tarixi arxa planı və modern görüntüsü ilə tam bir memarlıq işidir. Yolun düşsə, Gravensteen qalasına, the Belfry, and St. Peter’s Abbey monastrına baş çəkə bilərsən. Paytaxt Brüsseldən Gentə şəhərlərarası qatarla 30 dəqiqətə çatmaq mümkündür. Vaxtın qalsa, Gentə yaxın, bir o qədər də gözəl olan Brugge şəhərinə də baş çəkə bilərəsən 🙂 Bruggeyə Belçikanın Venesiyası da deyirlər.

9.İnnsbruck, Avstriya

innsbruck compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…İnnsbruck Avstriyanın qərb hissəsində yerləşir. Tirol regionunun paytaxtı hesab olunur.  Şəhər yüksək dağlarla əhatə olunmuş vadidə yerləşir. Yolun İnnsbruckdan keçsə, Funikulyorla yamacları gəzərək, valehedici yerləri görə bilərsən 🙂

10.Brno, Çexiya

Brno compressor - Avropanın məşhur olmayan 10 gözəl şəhəri…Çexiyanın ikinci böyük şəhəridir. Moravia əyalətində yerləşən, Brno anti-Praqa olaraq da tanınır. Şərabları ilə məşhurdur. Brnoya getsən, şəhəri, kilsələri, muzeyləri, tarixi yerləri gəzdikdən sonra Moravia restoranında yeməklərin və məşhur şərablarının dadına baxa bilərsən 🙂

BƏYƏN
Öncəki məqaləİstanbulun böyük, ən gözəl adası – “Böyük ada”
Növbəti məqaləKiçik büdcə ilə səyahət etmənin yolları  

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın