Şəhərə gedən turistlərin sayına limit qoyulacaq

venedik ucak bileti 62 400 compressor - Venesiyalılar turist əlindən bezibİtaliyanın Venesiya şəhərinə gedən turistlərin sayına limit qoyulacaq. Qərarı şəhər rəhbərliyi verib.

Sey-yah.com yazır ki, bununla bağlı ilkin müzakirələr olub. Məhdudiyyət bu ilin yayından tətbiq ediləcək. Səbəb şəhər əhalisinin turist axınından şikayətlənməsidir.

Venesiya Avropanın ən görməli şəhərləri içindədir. Su kanalları ilə əhatələnmiş şəhər bir-birindən kanallarla ayrılmış, körpülərlə birləşən 118 adanın üzərində qurulub. Şəhərdə 170 kanal var. Bu kanalların üstündə 400 körpü salınıb. Venesiyada özünü nağıllar aləmində hiss edəcəksən 🙂

BƏYƏN
Öncəki məqaləUçuş zamanı pilot yuxuya gedə bilərmi?
Növbəti məqaləAvropanın ən ucuz mənzil təklif edən şəhərləri hansılardır?
Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂 © Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın