“International SOS”“Control Risks” şirkətlərinin analitikləri hər il turistlərin təhlükəsizliyi baxımından dünya ölkələrinin xəritəsini hazırlayırlar.

“National Geographic” yazır ki, sorğuya əsasən, turistlər ən qorxulu problemi terror hücumlarında görürlər – 71 faiz. Zika virusuna yoluxma riski səyahətçilərin 49 faizini, vətəndaş müharibəsi – 46 faizini, yol qəzaları və tibbi yardımın aşağı səviyyəsi isə turistlərin 15 faizini narahat edir.

a678bbccdb7ee2ab8f071530cb686dac compressor - 2017-ci ildə səyahət üçün ən təhlükəli ölkələr hansılardır?

2017-ci ilə hazırlanan xəritədə ən təhlükəli ölkələrin siyahısına (qırmızı rəngdə) Əfqanıstan, Burkina-Faso, Haiti, Qayana, Qvineya Respublikası, İraq, Yəmən, Liviya, Nigeriya, Şimali Koreya, Suriya, Somali, Syerra-Leone, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan daxil edilib.

Ukrayna da daxil olmaqla Şərqi Avropada vəziyyət normal qiymətləndirilib (sarı rəng). Yeganə qeyri-sabit “ada” – Kosovadır.

Azərbaycan, Rusiya, Keniya, bir sıra Asiya və Cənubi Amerika ölkələri bənövşəyi rənglə qeyd olunub: xəritə tərtibatçılarının fikrincə, bu ölkələrdə təhlükəsizlik və səhiyyə xidmətinin səviyyəsi regiondan asılı olaraq dəyişir.

Təhlükəsizlik məsələləri ABŞ, Kanada, Avstraliya, CAR, Yaponiya və Qərbi Avropada ən yüksək səviyyədə (yaşıl rəng) təmin olunub.

BƏYƏN
Öncəki məqaləDünyanın ən soyuq 10 ölkəsi haralardır?
Növbəti məqalə30 yaşa qədər səyahət edə biləcəyin 10 yer

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın