“Azərbaycan Hava Yolları” (AZAL) dünyanın ən yaxşı 100 aviaşirkətindən biridir

Britaniyanın “Skytrax” konsaltinq şirkətinin yeni açıqlanmış reytinq cədvəlində belə deyilir. AZAL sıralamada 71-ci yerdədir. 2016-cı ilin reytinqində isə 70-ci yerdə idi. MDB ölkələri arasında “Aeroflot” 30-cu (2016-cı ildə 40-cı), “Air Astana” 46-cı (2016-cı ildə 43-cı) yeri tutub. “Qatar Airways” bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib və “World Airline Awards” mükafatını alıb. İlk üçlükdə “Singapore Airlines” və Yaponiyanın “ANA All Nippon Airways” qərarlaşıb.

401030287 300x162 - Dünyanın ən yaxşı aviaşirkətləri hansılardır?

Azərbaycana uçan şirkətlərdən “Lufthansa” 7-ci, “Turkish Airlines” 12-ci yerdədir. “World Airline” aviasənayedə ən prestijli mükafat sayılır. Onun verilməsindən ötrü 105 ölkədən 20 mln. sərnişinin rəyinin soruşulduğu deyilir. Araşdırma 2016-cı ilin avqustundan 2017-ci ilin mayına kimi aparılıb. AZAL-ın təyyarə parkı 25 hava gəmisindən ibarətdir. Onların sırasına iki “Boeing 787-Dreamliner”, habelə “Boeing 767”“Boeing 757” təyyarələri daxildir. Şirkət iyunun 20-də daha dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almağa hazırlaşdığını açıqlamışdı.

BƏYƏN
Öncəki məqaləBakıdan Batumiyə avtobusla
Növbəti məqaləAzadlığın şəhəri Amsterdam…

Hamımız öyrəşmişik elə harasa getməzdən əvvəl xarici səyyahların bloqunu, qeydlərini oxuyaq, incələyək, nə var nə yox deyə. Çox oturub fikirləşdim, onsuz da səyahət eləməyi sevirəm, vaxtımı ayırıb səyahət saytarında otururam, araşdırıram, səyahət edirəm, bunları öz dilimizdə niyə yazmayım ki? Qısası, qərara gəldim ki, səyahətsevən oxucum üçün bloq açım. Dostlarım da sağolsun, ürək-dirək verib həvəsləndirdilər. Sən çayını, kofeni qurtumlaya-qurtumlaya rahatca oturursan internetdə, mən də sənə bələdçilik edirəm. Necə deyərlər, Allah mübarək eləsin 🙂

© Gülər Mehdizadə

1 şərh

Məqalə haqqında fikirlərin maraqlıdır :)

Ürək sözlərin maraqlıdır
Adınızı bağışlayın